Ukraynadakı müharibə sabah və ya o biri gün bitməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, hazırda Qərbin əsas vəzifəsi Ukraynanın salamat qalması üçün çalışmaq, gələcək danışıqları güclü mövqedən aparmaq qabiliyyətinə malik olmasını təmin etməkdir.
Makron, həmçinin Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarının vacibliyini vurğulayıb:
“Döyüşlər dayandıqda müharibənin Ukrayna ərazisinə qayıtmayacağına zəmanət vermək lazım gələcək ki, bu tədbirlər təkcə Ukrayna üçün təminat deyil, həm də bütünlüklə Avropada sabitlik üçün əsas olacaq”.