Rusiyanın müdafiə naziri Andrey Belousov Özbəkistana rəsmi səfərə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin "Telegram" kanalında məlumat yayılıb.
İdarədən verilən məlumata görə, Belousov Daşkənddə Özbəkistanın müdafiə naziri, general-mayor Şuxrat Halmuxamedov, eləcə də respublikanın hərbi-siyasi rəhbərliyi ilə görüşəcək.
Tərəflər Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsi məsələlərini, həmçinin Rusiya ilə Özbəkistan arasında hərbi əməkdaşlığı müzakirə edəcəklər.