ABŞ səlahiyyətliləri Ağ Evin internet saytının ispandilli versiyasını silib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, sayta girəndə “404” xətası görsənir.
Xəbərdə bildirilib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəlməmişdən əvvəl Ağ Evin internet saytında ispan dilində interfeys var idisə, indi “İspan dili” linkinə kliklədikdən sonra istifadəçilər “səhifə tapılmadı” mesajı ilə üzləşirlər.