Cəbhədəki vəziyyət Ukrayna üçün hələ də çətin olaraq qalır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Qərargah, həmçinin rus ordusunun texniki təchizat və şəxsi heyətin sayı baxımından da üstünlüyünü etiraf edib.
Son vaxtlar Ukraynanın müxtəlif səviyyəli hərbi rəhbərləri döyüş bölgəsindəki vəziyyəti "daim mürəkkəb" kimi xarakterizə edirlər.
Ötən il dekabrın 19-da Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin ilə telefon danışığında cəbhədə son dərəcə çətin vəziyyətin davam etdiyini bildirib.