Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts yanvarın 22-də Parisdə Tramp administrasiyası ilə Aİ-nin yeni strategiyanı müzakirə etmək üçün görüşəcəklər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Agentliyin məlumatına görə, hər iki ölkə ABŞ-nin Avropa ixracatına tariflər tətbiq edəcəyi təqdirdə sürətli tədbirlər görəcəklər.
Nəşr qeyd edir ki, Fransa və Almaniya liderləri Vaşinqtonda yeni administrasiya ilə münasibətlərdə ümumi mövqe yaratmağı planlaşdırırlar.