ABŞ Prezidenti Donald Tramp İranın Yəməndəki proksi qruplaşması “Ənsarullah”ı (husilər) terror təşkilatı kimi tanımaq üçün hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, prezident Dövlət Departamentinə 30 gün ərzində husilərin yenidən terror təşkilatı kimi tanınmasını tövsiyə edən hesabat hazırlamağı əmr edən sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, hesabatı aldıqdan sonra 15 gün ərzində Dövlət katibi Marko Rubionun husiləri yenidən terror təşkilatı kimi təyin etmək tövsiyəsini imzalaması gözlənilir.
Xatırladaq ki, Trampın ilk administrasiyası husiləri terror təşkilatı kimi tanısa da, ABŞ-nin keçmiş prezidenti Co Bayden qərarı geri çəkmişdi.