23 Fevral 2015 19:05
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri (SQ) tərəfindən hazırlanmış müvəqqəti Süleyman Şah türbəsinin fotosu ictimaiyyətə təqdim olunub.

Teleqraf.com-un “TGRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, Suriyanın Eşme ərazisində inşa ediləcək türbə SQ tərəfindən qorunacaq.

Qeyd edək ki, fevralın 21-də gecə saatlarında Türkiyə ordusu Suriya ərazisindəki Türkiyəyə məxsus Süleyman Şah türbəsinə daxil olub.

Türkiyə Baş Qərargahının şərti olaraq “Şah Fırat” adı verdiyi əməliyyat nəticəsində türbədə xidmət edən 40 hərbçi Türkiyəyə gətirilib.

Əməliyyat nəticəsində Süleyman Şahın nəşi və əmanətlər də oradan çıxarılıb.


Müəllif: