ABŞ prezidenti Donald Trampın Paris iqlim sazişindən çıxmaq niyyəti proqnozlaşdırıla bilərdi.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“ABŞ-ni proqnozlaşdırıla bilən yeganə amil onun gözlənilməzliyidir. Paris sazişindən çıxmaq proqnozlaşdırıla bilən idi. Bu, ikinci dəfədir ki, baş verir. ABŞ-nin geri çəkilməsi razılaşmanın mövcudluğuna mane olmayacaq, biz BMT-yə arxalanmağa davam edirik”, - diplomat vurğulayıb.