23 Yanvar 22:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın xarici işlər naziri Melani Coli ABŞ-nin yeni dövlət katibi Marko Rubio ilə mümkün tariflərin hər iki ölkənin sakinlərinə mənfi təsirini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda məlumat verilib.

Qeyd olunur ki, tərəflər söhbət zamanı tariflərin həm kanadalılar, həm də amerikalılar üçün yarada biləcəyi mənfi təsirləri gündəmə gətiriblər.

Diplomatlar həmçinin sərhədin hər iki tərəfində təhlükəsizliyin və rifahın artırılması yollarını müzakirə ediblər.

Söhbət zamanı enerji təhlükəsizliyinin artırılmasının vacibliyi vurğulanıb. Nazir Coli bildirib ki, Kanada ortaq məqsədə çatmaq üçün Birləşmiş Ştatları ehtiyac duyduğu resurslarla təmin etməyə hazırdır.


Müəllif: Arzu

Oxşar xəbərlər