Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, bu barədə S.Zurabişvilinin sosial şəbəkə hesablarındakı paylaşımlarından məlum olub.
Fotoşəkillər və videokadrlardan görünür ki, E.Makron Gürcüstanın eks-prezidentini Yelisey Sarayında qəbul edib. O, S.Zurabişvilini saarayın qarşısında qarşılayıb. Qarşılanmada fəxri qarovul dəstəsi də iştirak edib.
Zurabişvili-Makron görüşünün detalları hələ açıqlanmır.