25 Yanvar 01:49
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hakimiyyəti Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinə (UNRWA) yanvarın 30-dək Qüdsü tərk etməyi əmr edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib.

“UNRWA Qüdsdəki fəaliyyətini dayandırmağa və şəhərdə fəaliyyət göstərdiyi bütün binaları 30 yanvar 2025-ci il tarixindən gec olmayaraq boşaltmağa borcludur”, -Danonun BMT-nin Baş Katibi Antonio Quterreşə göndərdiyi məktubda deyilir.

UNRWA-nı qadağan edən qanun İsrail Parlamenti (Knesset) tərəfindən 28 oktyabr 2024-cü ildə səs çoxluğu ilə qəbul edilib. Onun qəbul edilməsinə səbəb UNRWA-nın HƏMAS ilə əməkdaşlıq etməsi ilə bağlı ittiham olub.


Müəllif: Arzu

Oxşar xəbərlər