ABŞ administrasiyası qeyri-leqal miqrantların Qvatemalaya deportasiyası məqsədilə hərbi-nəqliyyat aviasiyasından istifadə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Etibarlı mənbəyə əsaslanan xəbərdə deyilir ki, ABŞ-dən Qvatemalaya iki C-17 hərbi-nəqliyyat helikopteri göndərilib. Onların hər birinin göyərtəsində 80 miqrant olub.
Mənbənin sözlərinə görə, bu yolla Texasda və Kaliforniyada saxlanılan daha 5 min qeyir-qanuni miqrantın ölkədən çıxarılması gözlənilir.