25 Yanvar 06:05
234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya ordusu Venesuela ilə sərhəddə, Katatumbo bölgəsində hərbi əməliyyatlara başlayıb.

Teleqraf.com xəbər verir ki, hərbi əməliyyatlar Katatumbonun 11 bələdiyyəsində həyata keçirilir.

"El Tiempo" qəzetinin yazdığına görə, yaxın zamanlarda Kolumbiya ordusunun zirehli texnikası bu regiona yerləşdiriləcək.

Qeyd edək ki, silahlı qruplaşmaların fəallaşması az əvvəl ölkədə fövqəladə vəziyyətin elan olunması ilə nəticələnmişıdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər