Məhkəmə məmurları yazıçı Boris Akunindən məcburi qaydada 30 min rubl dəyərində cərimə alınması barədə qərarı icraata götürüblər.
Teleqraf. com xəbər verir ki, Akunin Rusiyada əcnəbi casus hesab olunur və onun adı eskrtemistlərin siyahısına daxil edilib.
Akunin əcnəbi casuslar barədə qanunu pozduğu üçün cərimələnib. O, terrorizmə ictimai bəraət qazandırmaqda və Rusiya ordusu barədə yalan məlumat yaymaqda ittiham olunur.
İş Moskvanın Taqanski məhkəməsinin aktı əsasında icraata götürülüb.