Yaxın Şərqdə Rusiya üçün əlavə imkanlar açılır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Amerika media orqanlarında Rusiyanın Yaxın Şərqdə mövqelərini itirdiyi barədə xəbərləri şərh edərkən deyib.
"Bu, doğru deyil. Əslində, vəziyyət fərqlidir. Yaxın Şərqdə siyasi mənzərədə, xüsusilə də bir sıra mühüm sahələrdə baş verən dərin dəyişikliklər, bizə yeni imkanlar açır", – Ryabkov vurğulayıb.