İllərdir ölkəmizdə gəncləri aldadaraq və zorla sıralarına qoşan terror baronları üçün yolun sonu göründü.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qırx ildir ölkəmizin qanını içən terror xəstəliyinə qarşı mübarizəmiz davam edir. Bu ölkənin gənclərini aldadaraq və zorla dağa qaçıran terror baronlarının yolun sonu göründü. Terrorsuz Türkiyə hədəfimizə addım-addım yaxınlaşırıq. İşıqlı gələcəyimizi birlikdə quracağıq. Ölkəmizdə elə bir mühit yaradacağıq ki, türk, kürd, ərəb olmasından asılı olmayaraq 85 milyon insanın hamısı faydalansın”, - dövlət başçısı bildirib.