27 Yanvar 20:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların yumşaldılması prosesinə başlamaq qərarına gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Avropa İttifaqının xarici işlər nazirləri indicə Suriyaya qarşı Avropa sanksiyalarının yumşaldılması planları ilə bağlı razılığa gəliblər”, - o bildirib.

Kallas əlavə edib ki, bu istiqamətdə iş dərhal aparılacaq, lakin Brüssel Dəməşqin hərəkətlərini bəyənməsə, məhdudiyyətlər yenidən tətbiq oluna bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər