Avropa Parlamentinin müxtəlif ölkələrdən olan bir qrup üzvü Avropa Komissiyasına müraciət imzalayıb.
Teleqraf.com xəbər verir ki, parlament üzvləri Avropa İttifaqını ittham edən bəyanatla çıxış ediblər.
Sənəddə deyilir: "Ehtimal olunurdu ki, Avropa İttifaqı bizi daha güclü edəcək. Bunun əvəzinə, o bizi bir-birimizə qarşı qoymaqla məşğuldur".
Müraciətdə quruma bir sıra ritorik suallar da ünvanlanır: "Komissiya öz siyasətinin iflasa uğradığını qəbul edirmi? Qurum son 40 ildə Avropanın uğursuzluqlarına göz yummaq niyyətindədirmi?"
Deputatlar bəyan edirlər: "Bütün bu oyunların mərkəzində lazımsız qayda və məhdudiyyətlərdən başqa heç nə ortaya qoya bilməyən, heç bir səmərəli iş görməyən Komissiya durur. ABŞ kosmik məkanda innovasiyalar tətbiq etdiyi halda, Komissiya öz innovasiyaları ilə bizi yerə vurur".