Rusiya xüsusi xidmət orqanları dövlət himayəsində olan şəxslərin, o cümlədən Prezident Vladimir Putinin təhlükəsizliyi üçün lazım olan hər şeyi edir.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov amerikalı jurnalist Taker Karlsonun ABŞ-nin keçmiş rəhbərliyinin Rusiya liderinə qarşı sui-qəsd planlaşdırması ilə bağlı iddiasını şərh edərkən deyib.
“Əlbəttə, Rusiya xüsusi xidmət orqanları ictimai təhlükəsizliyi və dövlətin himayəsində olan şəxslərin təhlükəsizliyini təmin etmək üçün daim bütün lazımi tədbirləri görür”, - Kreml nümayəndəsi bildirib.
Karlsonun fikrincə, Putinə sui-qəsd planları ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən hazırlanıb. Amerikalı jurnalist onları “dəli” adlandırıb. Karlsonun sözlərinə görə, xüsusən də keçmiş dövlət katibi Entoni Blinkenin məqsədi ABŞ və Rusiya arasında silahlı toqquşmanı sürətləndirmək olub.