Avropa Şurasının baş katibi Alain Berset Ukraynanın 2025-ci ildə təşkilat üçün prioritet olacağını bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında çıxış edib.
"2025-ci ildə Ukrayna bizim prioritetimiz olacaq. Biz kompensasiya komitəsi və konkret onun mexanizmini yaratmaq üçün mümkün olan hər şeyi etməyə sadiqik. Avropa Şurası burada aparıcı rol oynamalıdır. Gözləntilər böyükdür və biz onları qarşılamalıyıq. Rusiya lideri Vladimir Putin və ölkə rəhbərliyinin digər üzvləri üçün xüsusi tribunal məhkəmə yaratmaq üçün əlimdən gələni edəcəm", -baş katib deyib.
Berset vurğulayıb ki, Avropa Şurası Ukraynaya qarşı təcavüz məsələləri üzrə xüsusi tribunal məhkəmə yaratmaq ideyasından əl çəkməyəcək.