29 Yanvar 09:45
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Türkiyə və İsrail arasında toqquşma baş verə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Gurdian”ın təhlilində deyilir.

“Türkiyə Suriya, Liviya, Cənubi Qafqaz, Şərqi Aralıq dənizi və Körfəzdə hərbi dairəsi və təsirini genişləndirib. Türkiyə yumşaq gücünü Afrika, Mərkəzi Asiya və Qərbi Balkanda da yayıb və ciddi bir milli müdafiə sənayesi qurub. ABŞ-Türkiyə münasibətləri üçün bəlkə də ən böyük risk Suriyada Türkiyə ilə İsrail arasında birbaşa qarşıdurma ehtimalıdır”, - analizdə qeyd olunur.

Türkiyəli analitik Mustafa Aydın Britaniya nəşrinə açıqlamasında Bəşər Əsəd rejiminin devrilməsindən sonra yaranan təhlükəsizlik boşluğunun iki ölkəni Suriyada qonşuya çevirdiyinə diqqət çəkərək deyib: “İsraillə Türkiyə arasında qarşıdurma ehtimalı ABŞ-nin hədəflərinə kölgə sala bilər”.

Aydın qeyd edib ki, İsrail getdikcə Türkiyəyə yönəlik təhdidlərini artırır.

Təhlildə, həmçinin vurğulanır ki, İsrail və Türkiyə arasında toqquşma ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqi sakitləşdirmək və bölgədə xaosa son qoymaq planlarını alt-üst edə bilər.

Trampın İsrailə ABŞ qoşunlarını Suriyadan çıxarmaq niyyətində olduğu barədə məlumat verdiyi iddia edilir. İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, Ağ Evdən Suriyadakı ABŞ hərbçilərinin durumu ilə bağlı Təl-Əvivə mesaj göndərilib. Trampın Suriyadan qoşunları çıxarmaq niyyətində olduğu iddia edilərkən, geri çəkilmə ehtimalının İsraildə narahatlıq doğurduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər