Dubay-Moskva reysini həyata keçirən "Boeing 737" sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qeyd edilib ki, Təyyarə Dubaydan Moskva vaxtı ilə saat 15:39-da havaya qalxıb. Təyyarədə 6 ekipaj üzvü olmaqla 188 nəfər olub.
Təyyarə Həştərxanda təhlükəsiz eniş edib.
Yanğın siqnalının hansı səbəbdən işə düşməsi araşdırılır.