![](https://teleqraf.az/storage/2025/01/29/715x378/1714808612_169882119618274576776541f44cf10b8.jpg)
Ukrayna hakimiyyətinin ABŞ prezidenti Donald Tramp administrasiyası ilə ilk görüşü fevralın 12-də baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoe” nəşri diplomatik dairələrdəki mənbəyə istinadən yazır.
Nəşr Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Tramp administrasiyası ilə fevralın 12-də görüşəcəyini bildirib. Məlumata görə, ukraynalı nazir Fransa, Almaniya, Polşa, İtaliya, Böyük Britaniya, İspaniya və ABŞ xarici işlər nazirlərinin genişləndirilmiş iclasına dəvət olunub.