ABŞ hökuməti 1182 nəfəri keçmiş Sovet İttifaqı ölkələrinə və Yuqoslaviyaya, daha 254 nəfəri isə Çexoslovakiyaya deportasiya etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ immiqrasiya orqanlarının qərarına istinadən "Tsarqrad" nəşri məlumat yayıb.
Buna səbəb ABŞ-yə gələn qeyri-qanuni immiqrantların sənədlərindəki anlaşılmazlıqlardır. Bəzi əcnəbilərin hansı ölkələrdən gəldiyini müəyyən etmək mümkün olmayıb.
Hazırda bu şəxslərin dəqiq hara göndəriləcəyi açıqlanmır.
Ümumilikdə ABŞ-nin yeni prezidenti Donald Trampın komandası 1 milyon 445 min 549 nəfəri deportasiya etmək niyyətindədir.