ABŞ prezidenti Donald Tramp "Meta" şirkəti ilə razılaşma imzalayıb.
Teleqraf.com xəbər verir ki, Tramp 6 yanvar 2021-ci il Kapitoli hadisəsindən sonra sosial şəbəkə hesablarının bağlanmasına görə təzminat alacaq.
"Meta" Trampın "Facebook" və "Instagram" hesablarını bağladığı üçün ona 25 milyon dollar ödəyəcək.
"The Wall Street Journal"ın yazdığına görə, bu məbləğin 22 milyon dolları prezident kitabxanası fonduna, qalanı isə məhkəmə xərclərinə yönləndiriləcək.
Razılaşmada şirkətin rəsmi qaydada üzr istəməsi nəzərdə tutulmur.