Bu gün amerikalı astronavtlar Beynəlxalq Kosmik Stansiyadan açıq kosmosa çıxacaqlar.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı NASA yayıb.
Ekspedisiyanın rəhbəri Sunita Uilyams və göyərtə mühəndisi Butç Uilmor ABŞ yerli vaxtı ilə 08:00-dan (Bakı vaxtı ilə 17.00) etibarən kosmik stansiyadan kənara 6,5 saat keçirəcəklər.
Onlar radiodalğaları təmir edəcək və stansiyanın korpusundakı mikrobları araşdıracaqlar.