10:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli şəxslərinə sanksiya tətbiq edib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Çexiya hökuməti XİN başçısı Yan Lilavskinin təklifi əsasında qəbul edib.

Qərara əsasən, Gürcüstan xüsusi təyinatlılarının başçısı Zviad Xarazişvili, onun müavini Mirza Kezevadze və patrul polisinin rəisi Vaja Siradzenin Çexiyaya girişi qadağan olunub.

Sanksiyaların tətbiqinə səbəb DİN rəsmilərinin ötən ilin sonunda Gürcüstanda keçirilmiş etiraz aksiyalarının “amansızlıqla” yatırılmasında iştirak etmələridir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər