ABŞ-də Vaşinqton yaxınlığında qəzaya uğrayan təyyarənin “qara qutusu” tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

“Qara qutu bir qrup dalğıc təfəfindən tapılıb”,- məlumatda deyilir.

Qeyd edək ki, Vaşinqtonda Reyqan Hava Limanı yaxınlığında sərnişin təyyarəsi və “Black hawk” hərbi helikopteri havada toqquşublar. Kanzas ştatının Uiçito şəhərindən uçan təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub. Hadisədən sonra təyyarə Potomak çayına düşüb. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı aparılır.