"Rusiya yaxın gələcəkdə nüvə arsenalını artıra bilər".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkov deyib.
“Ola bilsin ki, Qərbin Rusiyaya strateji zərər vurmaq kimi açıq siyasəti üzündən biz nüvə və raket arsenallarına qoyulan məhdudiyyətlərdən uzaqlaşdıq" - diplomat bildirib.
Diplomat belə bir addımın məqsədəuyğunluğunu göstərən amil kimi ABŞ-də strateji sabitliyin olmaması və raketdən müdafiə sistemlərinin inkişafını göstərib.