30 Yanvar 19:26
230
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Həbsxana Xidməti HƏMAS ilə mübadilə çərçivəsində planlaşdırılan fələstinli məhbusların azad edilməsini dayandırmaq üçün ölkənin siyasi rəhbərliyindən təcili əmr alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu qərar Xan Yunisdə israilli girovların azad edilməsi zamanı baş verən hadisələr səbəb olub.

Agentliyə danışan israilli siyasi mənbə vəziyyəti nəzarətolunmaz adlandırıb. Girovların təhvil verilməsi zamanı fələstinlilərin bir araya toplaşaraq izdiham yaratması, azad edilənlərin həyatına təhlükə yaradır.


Müəllif: Arzu

Oxşar xəbərlər