30 Yanvar 22:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov sərhəddə Ukrayna istehkamlarının tikintisinin davam etdirildiyini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "BelTa" agentliyi məlumat yayıb.

Molostov Ukrayna tərəfindən dəmir-beton və tikanlı məftillər, tank əleyhinə xəndəklərin tikintisinin və ərazilərin minalanmasının davam etdiyini bildirib.

Molostovun sözlərinə görə, 2024-cü ildə Ukraynadan 41 təxribat qeydə alınıb. O cümlədən 17 pilotsuz uçuş aparatı Belarus hava məkanını pozub.


Müəllif: Arzu

Oxşar xəbərlər