"Ramzan Kadırov məzuniyyətə çıxıb".
Teleqraf.com xəbər verir ki, bunu Çeçenistan rəhbərinin mətbuat katibi İlman Vahidov bildirib.
“Bəli, bəlkə indi bir az daha çox boş vaxtı var, məzuniyyətini ailəsi ilə keçirir”, - Vahidov bildirib.
O qeyd edib ki, Kadırov hər il məzuniyyətə çıxır və burada fövqəltəbii heç nə yoxdur.
Vahidov əlavə edib ki, Kadırovun məzuniyyəti zamanı bir sıra səlahiyyətlər respublika rəhbəri vəzifəsini icra edən Maqomed Daudova verilib.