01:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 2025-ci ildə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu "CNN Türk" telekanalının efirində bildirib.

“Biz istəyirik ki, 16 yaşadək uşaqlarımız sosial mediadan uzaq olsunlar. Bu onlara niyə lazımdır? Onsuz da orada onlar üçün faydalı heç nə yoxdur”, - nazir bildirib.

Nazirin sözlərinə görə, son vaxtlar Türkiyədə bunu təsdiqləyən hadisələr baş verib.

“İnşallah 2025-ci ildə biz bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik”, - Uraloğlu vurğulayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər