03:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin mətbuat katibi Karolina Livitt Nyu-Cersi ştatındakı hərbi bazalar üzərində yüzlərlə uçan naməlum obyektin peyda olmasından danışıb.

Teleqraf. com xəbər verir ki, xarici mətbuatda ötən il də ABŞ bazaları üzərində çoxlu UNO və dronların toplanması barədə məlumatlar yayılmışdı.

Brifinq zamanı Livitt bu barədə jurnalistlərə danışıb. O bildirib ki, bu barədə məlumatı şəxsən Trampın tapşırığı ilə verir.

O deyib: "Araşdırmalar göstərir ki, Nyu-Cersi üzərində kütləvi şəkildə uçan pilotsuz təyyarələrə ABŞ mülki aviasiyasının federal idarəsi tərəfindən icazə verilib. Onlardan çoxu dronlarla maraqlanan adamlar tərəfindən əyləncə məqsədilə göyə buraxılıb... Onlar düşmən deyil".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər