“Gürcüstan hökuməti ölkəni hazırda Ukraynada baş verən faciədən xilas edib”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukrayna çirkin qlobal maraqlara qurban verildi.
Baş nazir qeyd edib ki, üç il öncə Gürcüstanı ikinci cəbhə açmağa çağırırdılar.
“Bizim təmkinli mövqeyimiz var idi. Yanaşmamızın tamamilə düzgün və əsaslı olduğu bu gün təsdiqlənir”, - İ.Kobaxidze qeyd edib.