"Kiyev Hollandiyadan F-16 qırıcılarının yeni partiyasını gözləyir".
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Artıq 2025-ci il üçün müqavilələr var. Əsas prioritet F-16 proqramıdır. Təyyarələrin növbəti partiyasının 2025-ci ildə təhvil verilməsini gözləyirik və pilotların, mühəndis-texniki heyətin təlimlərini davam etdiririk” - Umerov bildirib.
Umerov qeyd edib ki, Hollandiya 2025-ci ildə Ukraynaya yardım proqramını əhəmiyyətli dərəcədə artırıb və ayrılan 400 milyon yardımın bölüşdürülməsinə razılaşıb.
Ümumilikdə Hollandiya Ukraynaya 24 ədəd F-16 qırıcısı tədarük edəcəyinə söz verib.