16 May 2014 11:40
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

“NATO Ukrayna ilə əməkdaşlığı möhkəmləndirəcək və bu ölkənin ittifaqa üzvlüyü üçün qapısını açıq saxlayacaq”.

Publika.az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözlər Şimali Atlantika İttifaqının (NATO) baş katibi Anders Foq Rasmussen Slovakiyanın paytaxtı Bratislavada keçirilən “GLOBSEC 2014” təhlükəsizlik üzrə beynəlxalq konfransda çıxışında deyib.


“Biz Ukrayna və başqa partnyorlarımızla əməkdaşlıq münasibətlərimizi dərinləşdirəcəyik. Öz gələcəyini NATO-da görənlər üçün ittifaqın qapısını açıq saxlayacayıq”, - NATO-nun baş katibi ifadə edib.


Onun sözlərinə görə, hər bir ölkə özünün gələcəyini müəyyən etmək, o cümlədən NATO ilə münasibətləri müəyyənləşdirmək hüququna malik olmalıdır.


Qeyd edək ki, Rusiya Ukrayna böhranının nizama salınması üçün ölkənin neytral statusunun başlıca şərt olduğunu iddia edir. Moskva bildirir ki, ölkənin neytral status qəbul olunacaq yeni Konstitusiyada öz əksini tapmalıdır. Lakin Rusiya rəhbərliyi Kiyevin yeni rəhbərliyi və Qərbə tam olaraq etibar etmr. Rusiya ölkənin federallaşmasına nail olmaqla Ukraynanın cənub-şərq regionların faktiki olaraq nəzarətdə saxlamağa çalışır.


Müəllif: