Donalda Tramp administrasiyası İsrailə 24 min avtomat verməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
Bildirilir ki, yeni administrasiya keçmiş dövlət katibi Antoni Blinkenin İsrailə silahların verilməsinə mane olan əmrini ləğv etməyi düşünür.
Qeyd edək ki, ötən il İsrail ABŞ-dən təxminən 34 milyon dollar dəyərində silah sifariş edib. Bayden administasiyası isə İsrail ordusunun bu silahları fələstinlilərə qarşı istifadə edəcəyinə dair narahatlıqlara görə bu təklifi rədd edib.