İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Vitkoff fevralın 3-də Vaşinqtonda Qəzza razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS İsrail baş nazirinin ofisinə istinadən məlumat yayıb.
“Netanyahu bu axşam Vitkoff ilə danışıb. Tərəflər gələn bazar ertəsi Vaşinqtonda keçiriləcək görüşdə girovlarla bağlı razılaşmanın ikinci mərhələsi üzrə danışıqlara başlanacağı barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Ofis əlavə edib ki, danışıqlar tərəflər arasında razılaşmada nəzərdə tutulduğu kimi Qəzzada atəşkəsin 16-cı günündə baş tutacaq.