İran ən yeni qanadlı "Qadr-380" raketini təqdim edib.

Teleqraf.com Bu barədə “Military Observer” Telegram kanalı məlumat yayıb.

"Qadr-380" raketinin min kilometr məsafə qət edə biləcəyi bildirilir. Kadrlardan görünür ki, raket adi furqonlar kimi maskalanan mobil buraxılış qurğularından buraxıla bilər.

Bildirilir ki, raket süni intellektlə təchiz edilib, elektron tıxaclara davamlıdır və aşağı hündürlükdə manevr edə bilir.