ABŞ və Rusiya Ukraynadakı münaqişəni həll edə bilər, Avropa isə bunu etmək iqtidarında deyil.
Teleqraf.com xəbər verir ki, "Almaniya üçün alternativ" partiyasının həmsədri, Almaniya kanslerliyə namizəd Alis Vaydel müsahibəsində belə deyib.
O bildirib: "Ümid edirəm ki, ABŞ Rusiya ilə birgə bu dəhşətli müharibəyə mümkün qədər tez son qoya biləcək. Təəssüf ki, Avropa artıq bunu etmək iqtidarında deyil".