24 Fevral 2015 23:07
2 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ordusuna məxsus hərbi texnika Gürcüstanın paytaxtı Tiflis küçələrində peyda olub.

ANS-in məlumatına görə, hərbi texnikanın Tiflisdə olduğu ilə bağlı fotoları gürcü bloggerlər yayıblar.

Bildirilir ki, hərbi avtomobilərin hamısında Rusiya tranzit nömrələri olub. Bloqqerlərin sözlərinə görə, avtomobillər bir gecə Tiflisin mərkəzi rayonlarından birinə daxil olublar. Burada bir gecə qalandan sonra hərbi texnika naməlum istiqamətdə hərəkə ediblər.

Bloggerlər bildirir ki, Rusiya Silahlı Qüvvələrinə məxsus ağır hərbi texnika Tiflisə gündüz saatlarında gəlsə də, gecə saatlarında ərazini tərk ediblər.

"Ehtimal edilir ki, Rusiyanın Cənub hərbi dairəsinin ağır texnikası Ermənistandakı 102 saylı hərbi bazaya getmək üçün Gürcüstan ərazisindən keçmək barədə "icazə" alıb", - deyə blogger bildirir.


Müəllif: