08:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hökuməti ABŞ-nin rüsum tarifləri barədə qərarından güclü narazılığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə açıqlamanı ölkənin Ticarət Nazirliyi yayıb.

Bəyanatda deyilir ki, rüsumların birtərəfli qaydada tətbiq edilməsi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına ziddir və "Çin tərəfi ABŞ-ni bu yanlışı düzəltməyə çağırır".

Əks halda, Pekin ÜTT-də ABŞ əleyhinə iddia qaldıracaq və öz maraqlarının müdafiəsi üçün digər uyğun addımları atacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər