Fələstin Prezidenti Mahmud Abbas Qəzza böllgəsiniin bərpasını sürətləndirmək üçün dost ölkələrlə əməkdaşlığa hazır olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, Abbas BMT-nin baş katibi Antonio Quterreşə bu mövzuda müraciət imzalayıb.
Məlumata görə, o, Fələstin administrasiyasının nəzarəti altında Qəzzanın bərpasını və onun İordan çayının Qərb sahili ilə əlaqəsinin təmin edilməsini dəstəklədiyini vurğulayıb.
O, həmçinin atəşkəsin davamlı olmasının və humanitar yardımın çatdırılmasının vacibliyini qeyd edib.