“Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur”.
Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte "Bild" qəzetinə müsahibəsində deyib.
O, Berlini hərbi sənaye və müdafiə sahələrində “daha çox xərcləməyə və daha çox istehsal etməyə” çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda bir çox Avropa ölkələrində müzakirə mövzusu olacaq.