Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn Sudjadakı internat məktəbinə hücumda günahkar olan ukraynalı hərbçilərin cəzalandırılacağını vəd edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə teleqram kanalında məlumat verib.
“Mən Znamenski Katedralində səhər ibadətinə getdim. Xalqımızın, ilk növbədə hazırda Sudjada olanların sağlamlığı üçün dua etdim. Dinc insanları hədəf alan bütün cinayətkarlar mütləq cəzalandırılacaqlar", - Xinşteyn yazıb.