19:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Donald Trampı Qəzza zolağında müharibə planlarını dəstəkləməyə inandıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin "Axios" portalı mənbələrə istinadən yazıb.

“Netanyahu ümid edir ki, o , Trampın düşüncəsinə təsir edə və onu Qəzzada müharibə planlarını təsdiqləməyə inandıra bilər ”, - nəşr yazır.

Bir gün əvvəl Netanyahu Trampla Qəzza zolağındakı vəziyyəti, girovların azad edilməsini və İrana qarşı mübarizəni müzakirə etmək üçün Vaşinqtona yollanıb .

Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər