Ötən gün Tbilisinin Aqmaşenebeli prospektində keçirilmiş etiraz aksiyasında 31 nəfər saxlanılıb.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxslər polis əməkdaşının qanuni tələbinə tabe olmadıqlarına görə inzibati qaydada saxlanıblar. Onların bir qismi artıq azad edilib.
Qeyd edək ki, ötən gün etirazçılar Tbilisi şəhərinin giriş və çıxışında avtomobil yollarını bağlamağa cəhd ediblər. Polislə baş vermiş qarşıdurma zamanı bəzi müxalifət liderləri də saxlanılmışdı.