15:30
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada fevralın 23-də keçiriləcək erkən seçkilərdə qələbə qazanması gözlənilən mühafizəkar Xristian Demokrat İttifaqı Partiyası (CDU) və Xristian Sosial İttifaqı Partiyasının (CSU) parlamentdə miqrasiya siyasətinin sərtləşdirilməsinə dair səsvermədə radikal sağçı “Almaniya üçün Alternativ” Partiyası (AfD) ilə əməkdaşlığı ölkədə etirazlara səbəb olub.

Teleqraf.com xəbər verir ki, bir çox siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları və insan haqları qurumları sərtləşən miqrasiya siyasətinə qarşı mübarizəyə çağırarkən, AfD-nin siyasətdə artan təsirinə qarşı ictimai etirazlar da güclənib.

Polis bazar günü paytaxt Berlində keçirilən etirazlara təxminən 160 min, aksiyanın təşkilatçıları isə 250 min insanın qatıldığını açıqlayıb.

Paytaxtda etirazçılar Reyxstaqın binası qarşısına toplaşıblar. Ardınca kütlə CDU-nun qərargahı önündə bu partiya və onun sədri Fridrix Merzin əleyhinə şüarlar səsləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər