16:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Pokrovsk şəhərində canlı qüvvə çatışmazlığı və maddi-texniki problemlər səbəbindən ciddi problemlərlə üzləşib. Rusiya pilotsuz təyyarələri bu fonda tədarük marşrutlarına aktiv şəkildə hücum edirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Nəşr yazır ki, hazırda bu bölgədə həlledici ola biləcək döyüşlər gedir:

“Ukrayna qüvvələri Donetsk vilayətinin şərq hissəsindəki böyük şəhərlərə aparan bir neçə magistral yolu birləşdirən strateji əhəmiyyətli nəqliyyat qovşağı ətrafındakı mövqelərə nəzarəti itirirlər. Burada yerləşən Pokrovsk əsas dəmir yolu stansiyasıdır, bu da bölgənin strateji əhəmiyyətini artırır”.

Pokrovskun müdafiəçiləri deyirlər ki, rus ordusu son vaxtlar taktikanı dəyişdirərək, cəbhədən zərbələr əvəzinə cinahlara hücum edir, şəhər ətrafında halqanı daraltmağa çalışır. Yüksəkliklərə nəzarət rusların əllərinə keçməsi Ukraynanın təchizat marşrutlarına effektiv nəzarət etməyə imkan verir.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı etiraf edir ki, şəhərin müdafiəsini gücləndirmək üçün kifayət qədər ehtiyat yoxdur və yeni yaradılmış bölmələrin döyüş hazırlığı ilə bağlı problemləri var. Hərbçilər Mixail Drapatının Quru Qoşunlarının komandanı təyin edilməsindən sonra müsbət dəyişikliklərə ümid edirlər.

Nəşr sonda əlavə edir ki, hava şəraiti, logistik çətinliklər və yeni işə qəbul olunanların hazırlanması ilə bağlı problemlər səbəbindən Ukrayna ordusu Pokrovsk uğrunda döyüşlərdə mövqelərini itirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər